AZ

Cüdoda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

18-19 mart tarixlərində Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan bütün idmançılar üçün açıqdır.

Kəmər seçimi isə namizədlərin yaş uyğunluğuna əsasən müəyyən ediləcək. İmtahanı uğurla başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İmtahan Abşeron Olimpiya İdman Kompleksi-də keçiriləcək. İştirak ödənişlidir və qeydiyyat təmsil olunan idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət etməklə mümkündür.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
1
icma.az

10Mənbələr