AZ

Naxçıvan Sosial Xidmətlər Agentliyinin əməkdaşları təlimatlandırılıblar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyində çalışan əməkdaşlar üçün onlayn təlimlər keçilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif fəaliyyət istiqamətlərini əhatə edən təlimlərdə əlilliyi olan uşaqlar və onların ailələri ilə, hımçinin təhsildə sosial iş xidməti, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası, evdə (səyyar) sosial xidmət və digər mövzularda məlumatlar verilib.

Həmçinin müasir sosial iş metodları, etik prinsiplər, erkən müdaxilə mexanizmləri və icma əsaslı xidmətlərin təşkili, eləcə də çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji işin aparılması sahəsində tədbirlərdən danışılıb.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərə əlçatanlığın təmin edilməsi, həmin kateqoriyadan olanların cəmiyyətə yenidən inteqrasiyası, sosial bacarıqlarının inkişafı sahəsində həyata keçirilən işlərdən bəhs olunub, xidmətlərin təşkili mexanizmi və tətbiq olunan iş prinsiplərinə diqqət çəkilib.

Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılarla müzakirələr aparılıb və praktiki nümunələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
azertag.az

1Mənbələr