AZ

İran XİN: ABŞ və İsrail Tehrandakı səfirlik binalarının yaxınlığını vurdu

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrail İranın paytaxtında bir neçə ölkənin səfirlik binalarının yaxınlığına zərbələr endirərək diplomatların təhlükəsizliyi üçün təhdid yaradıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinq zamanı bildirib.

"Hücumların ilk günlərində Tehrandakı iki diplomatik polis qərargahı hədəfə alındı. Diplomatik polisin yeganə və ən vacib vəzifəsi xarici dövlətlərin səfirliklərini, diplomatik və konsulluq nümayəndəliklərini qorumaqdır. Bu, ABŞ və sionist rejimin diplomatiya institutuna, dialoqla bağlı olan hər şeyə qarşı çıxdığının göstəricisidir. Bəzi səfirliklərin yaxınlığındakı obyektlərə endirilən zərbələr səbəbindən diplomatların rahatlığı və təhlükəsizliyinin pozulduğu, səfirliklərin özləri üçün problemlərin yarandığı digər hallar da mövcuddur", — deyə Bəqayi vurğulayıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr