AZ

İki azyaşlı dəm qazından zəhərləndi



Sumqayıtda iki azyaşlı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

aia.az xəbər verir ki, hadisələr şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Vəlizadə Samirə Əkbər qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Hadisənin Kimyaçılar yaşayış massivində baş verdiyi bildirilir.

Digər hadisə isə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 2022-ci il təvəllüdlü Məmmədov Məhəmməd Məmmədəli oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.

Hər iki azyaşlıya xəstəxanada tibbi yardım göstərildiyi bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

aia.az



Seçilən
23
2
aia.az

3Mənbələr