AZ

“Real”a iki futbolçusundan şad xəbər – Qayıtdılar

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”ın zədəli iki futbolçusunun durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyən Cud Bellinqem və Kilian Mbappe “Mançester Siti” ilə keçiriləcək matçın iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, Madriddə keçirilən ilk oyunda “Real” rəqibini 3:0 hesabı ilə məğlub edib. Həmin görüşdə qolların hamısını Federiko Valverde vurub.

“Etihad” stadionunda keçiriləcək cavab qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
38
idmanxeber.az

1Mənbələr