AZ

İranın hərbi kosmik kompleksi yerlə yeksan edildi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrail ordusu Tehranın mərkəzində əhəmiyyətli bir zərbə həyata  keçirib. 

Bu zərbə kosmosda hücum peyk imkanlarını inkişaf etdirmək üçün istifadə edilən bir kompleksi məhv edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatına görə, ölkənin hava qüvvələri İsrail peyklərinə və dünyanın digər ölkələrinin kosmik aktivlərinə təhlükə yaradan kompleksi vurub.

İsrail ordusunun açıqlamasında deyilir: 

"Kompleks İran Müdafiə Elektronika Nazirliyi tərəfindən inşa edilən və 2024-cü ilin sentyabrında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən kosmosa buraxılan Çamran-1 peyki də daxil olmaqla, hərbi kosmik proqramların inkişafı üçün istifadə edilib".

Son zərbə "keçən həftə cümə günü Tehranda İran Kosmik Təşkilatına məxsus başqa bir kosmik tədqiqat kompleksinə edilən zərbədən sonra endirilib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr