AZ

Xamenei ailəsi ətrafında sirr böyüdü İranda nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranda Xamenei ailəsi ilə bağlı qeyri-müəyyənlik artırıb. Belə ki, İranın keçmiş ali dini lideri Əli Xameneinin hələ də dəfn edilməməsi haqda xəbərlər yayıldığı vaxtda, oğlu Müctəba Xameneinin də ictimaiyyət qarşısında görünməməsi diqqət çəkir. Bu fonda onun öldürüldüyü və ya ağır yaralandığı iddiaları səsləndirilir. Hətta Müctəba Xameneinin Rusiyaya qaçdığı da deyilir.

Xamenei ailəsi ilə bağlı yayılan bu ziddiyyətli məlumatlar İranda hakimiyyət daxilində hansı proseslərin getdiyini göstərir? Əgər Müctəbanın Rusiyaya qaçdığı iddiaları doğru olarsa, bu, İranın regiondakı güc balansına necə təsir edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu, ilk növbədə ölkə daxilində hakimiyyət strukturlarında qeyri-müəyyənlik və informasiya boşluğunun olduğunu göstərir:

“Ali liderin dəfni ilə bağlı gecikmə, eyni zamanda, onun oğlunun ictimaiyyət qarşısına çıxmaması müxtəlif versiyaların yayılmasına səbəb olur. Bu vəziyyət xüsusilə İran siyasi sisteminin xarakteri ilə bağlıdır. Ölkədə hakimiyyət yalnız formal dövlət institutları arasında bölüşdürülmür, həm də dini elita, SEPAH və müxtəlif siyasi qruplar arasında balans üzərində qurulub. Belə bir şəraitdə informasiya qıtlığı dərhal hakimiyyət daxilində mümkün mübarizə, varislik məsələsi və müxtəlif fraksiyalar arasında rəqabət ehtimalını gündəmə gətirir. Ona görə də Xamenei ailəsi ilə bağlı yayılan xəbərlər əslində İranın gələcək liderliyi və hakimiyyətin necə formalaşacağı ilə bağlı müzakirələrin gücləndiyini göstərir”.

Züriyə Qarayeva

Politoloq bildirib ki, Müctəba Xameneinin Rusiyaya sığındığı ilə bağlı iddialar doğru olarsa, bu, İranın daxili siyasi sabitliyi üçün ciddi siqnal ola bilər:

“Bu cür addım hakimiyyət daxilində təhlükəsizlik və legitimlik böhranının olduğunu göstərir. Çünki Müctəba Xamenei uzun illər potensial varis kimi müzakirə olunan fiqurlardan biri idi və onun ölkəni tərk etməsi ehtimalı varislik planlarının pozulduğu anlamını verir. Regional baxımdan belə bir ssenari İranın siyasi qərarvermə mexanizmini zəiflədə, həmçinin Moskvanın Tehran üzərində təsir imkanlarını artıran yeni vəziyyət yarada bilər. Bu isə Yaxın Şərqdə güc balansına təsir göstərərək İranın regional siyasətində müəyyən qeyri-müəyyənlik və ehtiyatlılıq dövrünün başlamasına şərait yaradacaq”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr