ain.az, Avtosfer saytına istinadən bildirir.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 15:36 radələrində qeydə alınıb. Videodan görünür ki, “Nissan Kicks” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsini gözləmədən geriyə manevr edir. Bu zaman motosiklet ona çırpılır. Xoşbəxtlikdən motosiklet sürücüsü xəsarət almır.
Qəzadan sonra moto sürücü qayda pozan avtomobilə əli ilə iradını bildirib.
Xatırladaq ki, qanunvericiliyinə görə, sola və ya geriyə dönərkən qarşıdan gələn və eyni istiqamətə hərəkət edən nəqliyyat vasitələrinə yol vermək lazımdır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.