AZ

Nərmin Həsənliyə vəzifə verildi - FOTO

Ajans.az "e-hüquq"a istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nərmin Müşfiq qızı Həsənli 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb. 2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub. N.Həsənli 2013-2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. O, 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. N.Həsənli. eyni zamanda, 2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Nərmin

Seçilən
12
6
Ajans.az

8Mənbələr