AZ

İrandan ABŞ yə xəbərdarlıq Qırmızı dənizdəki bazalarınız vurulacaq

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İran Qırmızı dənizdə yerləşən ABŞ hərbi qüvvələri ilə bağlı obyektlərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.Sitat.info İran mediasına istinadən xəbər verir ki, bununla bağlı, SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari açıqlama verib. Bildirilib ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə yerləşməsi İran tərəfindən təhlükə kimi qiymətləndirilir.Açıqlamaya görə, bu səbəbdən həmin təyyarədaşıyan zərbə qrupunu dəstəkləyən logistika və xidmət obyektləri İran Silahlı Qüvvələri üçün potensial hədəf hesab olunur.SEPAH nümayəndəsi qeyd edib ki, Qırmızı dənizdə ABŞ hərbi qüvvələrinin fəaliyyətinə dəstək verən infrastrukturların hamısı İran tərəfindən diqqətlə izlənilir.

Tehran Yusifli,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sitat.info

2Mənbələr