AZ

Məmurlar Xocavəndi gəzdilər - FOTOLAR

Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində olublar.

***

Xocavəndə səfər çərçivəsində rayonun Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib.

***

İclasdan sonra Xocavənd rayonunda “İmperium Agro MMC” bağçılıq təsərrüfatına baxış keçirilib.

***

Xəbər verdiyimiz kimi, martın 16-sı Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

Manset.az xəbər verir ki, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.

Seçilən
28
19
manset.az

10Mənbələr