Bakı.Trend:
Şəmkir rayonunda qaz təchizatında müvəqqəti fasiləyaranacaq.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumatyayıb.
Bildirilir ki, Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin KürQPS-dən qidalanan diametri 325 mm olan Kür qəsəbə qaz kəmərindəTəmiz Qaz QSC tərəfindən qaz sızması və itki aşkar edilib.
Aşkarlanan nasazlığın aradan qaldırılması məqsədilə 17 mart2026-cı il tarixində saat 10:00-dan etibarən qaz təchizatınındayandırılması planlaşdırılır.
Qaz verilişi işlər yekunlaşanadək dayandırılacaq. Fasiləmüddətində Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad vəQapanlı kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Ümumilikdə 3369 abonentin qaz təminatında fasilə olacağıbildirilir.