AZ

Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alındı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən 3 741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə barədə xəbərdarlıqlara baxmayaraq təmir işləri yenidən davam etdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabrında aşkar edilib:

"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının keçirdiyi baxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunun tələbləri pozularaq layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyənləşib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun razılaşdırılması barədə xəbərdarlıq olunub".

Məlumatda qeyd olunur ki, xəbərdarlıqlara baxmayaraq, martın 14-də tarixi abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb:

"Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
13
oxu.az

10Mənbələr