ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhərinin bəzi ərazilərini qatı duman bürüyüb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
"Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.
Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq", - məlumatda bildirilib.
Samir Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.