AZ

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

BAKI, 16 mart. TELEQRAF

Hazırda Rusiya-Ukrayna danışıqlarınən növbəti raundunun tarixi barədə məlumat yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbələrə istinadla TASS bildirib.

Mənbə danışıqların mart ayı ərzində keçirilə biləcəyi ilə bağlı suala cavab olaraq deyib ki, hazırda potensial tarixlər barədə məlumat yoxdur: “Bu məsələ ilə bağlı əsaslı təmasların olub-olmayacağı barədə də heç bir məlumat yoxdur”.

Diplomat əlavə edib ki, Türkiyə bütün hallarda təşəbbüslərə açıqdır və tərəflər istəsə, danışıqlar təşkil edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bildirib ki, danışıqların bütün iştirakçıları İstanbulu dialoq platforması kimi müsbət qiymətləndirirlər, ona görə də müzakirələr Türkiyə şəhərində davam etdirilə bilər: “İstanbul variantı mövcuddur, bütün tərəflər buna çox müsbət yanaşırlar”.

Seçilən
45
teleqraf.com

1Mənbələr