AZ

“Bavariya” ÇL oyununa 16 yaşlı qapıçı ilə çıxa bilər

“Bavariya” Çempionlar Liqasının 1/8 finalında “Atalanta” ilə cavab oyununa 16 yaşlı qapıçı ilə çıxa bilər.

İdmanxeber.az-ın məlumatına görə, əsas qolkiperlər Manuel Noyer, Yonas Urbiq və Sven Ulrayx zədəlidir. Əgər sağalmayıblarsa, start heyətinə 16 yaşlı Leonard Preskott və ya 19 yaşlı Yannis Bartl düşə bilər.

Qeyd edək ki, ilk oyunda “Bavariya” səfərdə “Atalanta”ya 6:1 hesabı ilə qalib gəlib.

Seçilən
17
idmanxeber.az

1Mənbələr