AZ

SOMDA əməkdaşlarının peşə bayramı Ağstafada qeyd olunub FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı Ağstafada qeyd olunub. 

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Daşqın Nağıyev və idarənin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, müasir müstəqil Azərbaycan memarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. İdarənin inzibati binasında davam etdirilən tədbir Dövlət Himnimiz səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib, öz növbəsində  bu sahədə çalışan əməkdaşlar üzərlərinə düşən şərəfli vəzifə öhdəliklərini daim layiqincə yerinə yetirirlər. 2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub.

Sonda İdarənin xidmətdə fərqlənən və vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları mükafatlandırılıb, onlara həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları da təqdim olunub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
unikal.az

2Mənbələr