AZ

Əfqanıstanı işğal edən birlik regionda göndərildi Strateji bölgə hədəfdə

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“ABŞ Prezidenti Donald Tramp administrasiyası regionda hərbi mövcudluğu əhəmiyyətli dərəcədə artırmaq üçün addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2 500 dəniz piyadasından ibarət “911 gücü” adlandırılan elit bölmənin Yaponiyadan Yaxın Şərqə yenidən yerləşdirilməsi barədə göstəriş verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Nəşr yazır ki, bu bölmə ABŞ quru qoşunlarının Hörmüz boğazı ətrafında planlaşdırılan quru əməliyyatına rəhbərlik edə bilər. Elit hərbçilərdən ibarət qüvvənin İranın nəzarətində olduğu bildirilən boğazın yenidən açılması əməliyyatında əsas rol oynaya biləcəyi qeyd olunur:

“ABŞ donanmasının “911” vəzifə qüvvəsi 31-ci Dəniz Piyadalarının Ekspedisiya Birliyinin (MEU) tərkib hissəsidir. Bu birlik amfibiya quru və hava əməliyyatları, həmçinin logistika dəstəyi üzrə ixtisaslaşmış sürətli müdaxilə qüvvəsi kimi tanınır. Bölmə Yaponiyanın Okinava adasında yerləşir və üzən bazalardan fəaliyyət göstərə bilir. Bu isə ona münaqişə zonasına yaxın məsafədə, lakin sahildən kənarda gözləmə imkanı yaradır.

ABŞ-da “911 gücü” kimi tanınan bu cür MEU birlikləri yüksək döyüş hazırlığı ilə seçilir. Vaşinqton bu birlikləri daha əvvəl 2001-ci ildə Əfqanıstanın işğalı kimi əməliyyatlarda istifadə etmişdi. ABŞ rəsmiləri yeni missiyanın detalları barədə hələlik rəsmi açıqlama verməyib. Lakin bölmənin Hörmüz boğazına nəzarətin bərpası üçün istifadə oluna biləcəyi ehtimal edilir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr