AZ

Emal edilməmiş almazların idxalı və ixracına dövlət nəzarəti qaydası müəyyənləşəcək

Emal edilməmiş almazların idxalı və ixracına dövlət nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşəcək.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın formasını və verilməsi qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Seçilən
36
6
apa.az

7Mənbələr