AZ

Gəncədə oğurluq edən yeniyetmələr saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan müxtəlif növ tikinti materiallarını oğurlamaqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Gəncə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı onların oğurladıqları tikinti materiallarını satdıqları və qazancı aralarında böldükləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
41
yeniazerbaycan.com

1Mənbələr