AZ

Sonsuzluqdan müalicə alan qadının üçəmi oldu Foto

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sumqayıtda üçəm körpə dünyaya gəlib.

Bu barədə Axar.az-a uşaqların dünyaya gəldiyi “Sumqayıt Hospital”dan bildiriblər.

Qeyd edilib ki, üçəmlər oğlandır, hestasiya həftəsi 27-28, doğum çəkiləri 1120 qram, 1180 qram və 920 qramdır.

Yenidoğulmuşların Reanimasiya şöbəsinin müdiri, neonatoloq Dünya Hüseynova bildirib ki, bu hamiləlik uzun illər sonsuzluq səbəbilə müxtəlif mərkəzlərdə müalicə alan ailə üçün yeganə ümid olub. Onun sözlərinə görə, ananın yaş faktoru da nəzərə alındıqda, erkən doğum riski əvvəlcədən yüksək qiymətləndirilib.

Dünya Hüseynova vurğulayıb ki, hamiləliyin davam etdirilməsi üçün müşahidə və müalicələr aparılsa da, erkən doğum qaçılmaz olub. Ailə isə körpələrinə bir şans veriləcəyinə inanaraq, “Sumqayıt Hospital”a müraciət edib.

Doğuş cərrah mama-ginekoloq Aytən Yunuslu tərəfindən həyata keçirilib. Körpələr doğulduqları andan etibarən “Sumqayıt Hospital”ın Yenidoğulmuşların Reanimasiya şöbəsinə yerləşdirilib.

D.Hüseynovanın sözlərinə görə, çox aşağı doğum çəkili və dərin yarımçıq doğulan körpələrin yaşadılması üçün həm peşəkar komanda, həm də müasir maddi-texniki baza xüsusi əhəmiyyət daşıyır:

“Belə körpələrin hər bir saatı, hər bir günü xüsusi nəzarət tələb edir. Sevindirici haldır ki, komandamızın birgə əməyi, düzgün tibbi yanaşma və “Sumqayıt Hospital”ın imkanları sayəsində körpələr kritik dövrü geridə qoyublar”.

Dünya Hüseynova qeyd edib ki, hazırda üçəm körpələrin vəziyyəti qənaətbəxşdir və onlar ailələrinə təhvil verilməyə hazırlanırlar.

O xatırladıb ki, bundan əvvəl də mərkəzdə olduqca aşağı çəkili və az hestasiya həftəli körpələrin uğurlu müalicəsi həyata keçirilib. Belə ki, cərrah mama-ginekoloq Aziyə Hacıyeva tərəfindən qəbul edilən 23 həftə 5 günlük, 540 qram çəkili körpə də “Sumqayıt Hospital”da aparılan müalicədən sonra evə yola salınıb.

“Bu cür nəticələr “Sumqayıt Hospital”da formalaşdırılan peşəkar tibbi mühitin, düzgün təşkil olunmuş neonatal xidmətin və yüksək riskli yenidoğulmuşlara göstərilən xüsusi diqqətin göstəricisidir”, - doktor əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
axar.az

6Mənbələr