ain.az bildirir, Xalqcebhesi portalına istinadən.
İran Avropa ölkələrini ABŞ və İsrailin təcavüzündə iştirak etməməyə və bu cinayətlərə şərik olmamağa çağırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi qeyd edib ki, Avropa ölkələri beynəlxalq hüququn aliliyini müdafiə etmək əvəzinə, ABŞ-ın "zorakı siyasətinə" səssiz qalmaqla və ya dəstək verməklə hazırkı gərginliyin yaranmasına şərait yaradıblar. Tehran xəbərdarlıq edib ki, istənilən birbaşa və ya dolayısı hərbi dəstək İrana qarşı müharibə aktı kimi qiymətləndiriləcək.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.