Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri özlərini təqsirli bilməyiblər.
Növbəti məhkəmə prosesi aprelin 6-na təyin edilib.
Qeyd edək ki, ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.