AZ

ABŞ və İsrailin zərbəsi İran rəhbərliyini iflic edib

ABŞ və İsrailin birgə hazırladığı əməliyyat zamanı İran rəhbərliyinə qarşı qısa müddətdə koordinasiyalı zərbələr endirilib. 

Bizim.Media xəbər verir ki, İsrailin ynet nəşrinin yaydığı məlumata görə, əsas hədəflər Tehrandakı müdafiə idarəetmə məntəqələri, ali rəhbərliyin yerləşdiyi obyektlər və kəşfiyyat strukturları olub. Bunun nəticəsində İran hakimiyyətinin yuxarı eşelonuna ağır zərbə dəyib.

Bununla belə, “ynet”in məqaləsində yer alan bir sıra taktiki detallar açıq müstəqil mənbələrlə tam təsdiqlənməyib.
 

Reuters daha əvvəl ABŞ-İsrail zərbələrinin ilk günündə İranın ali dini lideri Əli Xameneinin öldürüldüyünü və İran rəhbərliyində ciddi böhran yarandığını yazmışdı. Agentliyin məlumatına görə, sonrakı günlərdə də Tehran hakimiyyət sistemində parçalanma və idarəetmə boşluğu əlamətləri müşahidə olunub.


Qısa nəticə olaraq, yayılan məlumatlar göstərir ki, məqsəd təkcə İranın hərbi imkanlarını zəiflətmək deyil, həm də komanda zəncirini pozmaq olub. 

Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr