AZ

Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 144,2 milyon ABŞ dolları dəyərində 187 min 545 ton xurma ixrac edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 106,52 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 141 min 867 ton (+8 %), Ukraynaya 16,82 milyon ABŞ dolları dəyərində (+30 %) 17 min 407 ton (+8 %), Türkiyəyə 14,33 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 21 min 401 ton (+8 dəfə), Belarusa 4,11 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 3 min 649 ton (+5 dəfə), Qazaxıstana 856 min ABŞ dolları dəyərində (+15 %) 1 min 605 ton (+44 %) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (10,7 min ABŞ dolları dəyərində 17,83 ton) həyata keçirilib.

2024-cü ildə Azərbaycanın ixrac etdiyi 154,3 min ton xurmanın 85,8 %-i Rusiyanın payına düşüb.

Seçilən
25
2
far.az

3Mənbələr