ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 16 mart, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper regiondakı münaqişə fonunda Livanda humanitar fəaliyyətləri dəstəkləmək üçün təxminən 6,6 milyon dollar təcili maliyyə yardımı ayrılacağını bildirib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, nazir ayrılan vəsaitin Livan Qızıl Xaçı, BMT-nin Livan üzrə Humanitar Fondu və Ümumdünya Ərzaq Proqramı vasitəsilə Livan hökumətinin humanitar fəaliyyətlərini dəstəkləməyə yönəldiləcəyini qeyd edib.
Nazir münaqişənin genişlənməsinin qarşısını almaq üçün aydın diplomatik addımların vacibliyini vurğulayıb. O bildirib ki, son günlərdə Livanın Baş naziri və İsrailin xarici işlər naziri ilə danışıb, həmçinin vəziyyəti Avropa və ABŞ tərəfdaşları ilə müzakirə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.