AZ

Azərbaycan millisinin yeni baş məşqçisinin iki köməkçisi bəlli olub

Bakı, 16 mart, AZƏRTAC

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin iki köməkçisi bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssisin özü mətbuat konfransında məlumat verib.

O, həmin məşqçilərin həmyerliləri Aleksandr Silva və Romeo Almeyda olduğunu söyləyib: “Silva uzun illərdir mənimlə bir yerdədir. Bu iki mütəxəssisə çox güvənirəm. İnanıram ki, birlikdə yaxşı işlər görəcəyik”.

Qeyd edək ki, Jorje Silvanın üçüncü köməkçisi azərbaycanlı məşqçi olacaq.

Müxbir - Aynur Əlixanlı

Operator - Vüsal Tağıyev

Fotoqraf - Səfiyar Məcnun

Seçilən
27
azertag.az

1Mənbələr