Uzun müddət zədədən əziyyət çəkən Neymar ilə bağlı vacib qərar verilib. “Santos”un hücumçusu Braziliya yığmasının DÇ-2026 üçün genişləndirilmiş heyətinə daxil edilib.
“TNT Sports Brasil” nəşrinin məlumatına görə, milli komandanın baş məşqçisi Karlo Ançelotti ulduz futbolçuya şans verməyə hazırdı. Lakin hər şey Neymarın oyun formasından asılı olacaq.
Təcrübəli mütəxəssis yekun qərarını vermək üçün “Santos” – “Mirassol” matçını stadiondan izləməyi lazım bilib.
Xatırladaq ki, Neymar “Santos”un yetirməsidi. O, bu komandada ümumilikdə 256 matça çıxıb, 149 qol vurub və 71 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta