AZ

Bakıda SSRİ bayrağı qaldıranlara ittiham aktı elan edilib

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Məhkəmə istintaqının başlanıldığı elan edilib.

Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.

Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.

Seçilən
17
12
azpost.info

10Mənbələr