AZ

Hücumların ABŞ a vurduğu ziyan 12 milyard dollara çatdı

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett CBS News-un "Face the Nation" verilişinin qonağı olub.Turkustan.az xəbər verir ki, Hassett bildirib ki, Tramp administrasiyasının İrana hücumları ABŞ-a indiyə qədər 12 milyard dollara başa gəlib.ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət olduğunu iddia edən Hassett, bu mərhələdə Konqresdən əlavə maliyyələşdirmə tələb etməyi planlaşdırmadıqlarını bildirdi."İranlıların etdikləri Amerika iqtisadiyyatına zərər verməyəcək", - deyən Hassett ABŞ-ın 1970-ci illərdən fərqli olaraq hazırda nəhəng neft istehsalçısı olduğunu əlavə etdi.Digər tərəfdən, ABŞ-ın İranı hədəf alan hücumlarının yalnız ilk 6 gündə 11,3 milyard dolları keçdiyi iddia edildi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
1
icma.az

2Mənbələr