AZ

Əraqçi: ABŞ Hörmüz boğazından keçid üçün müttəfiqlərindən kömək istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ əvvəllər İrandan qeyd-şərtsiz təslim olmağı tələb etsə də, indi gəmilərin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidini təmin etmək üçün müttəfiqləri arasında dəstək axtarmağa məcbur qalıb.

Nazirin sözlərinə görə, Vaşinqton bu tələbin reallaşması üçün bütün imkanlarını səfərbər edib və genişmiqyaslı hücumlar həyata keçirib. Əraqçi qeyd edib ki, müharibənin başlanmasından təxminən 15 gün sonra ABŞ digər ölkələrə müraciət edərək Hörmüz boğazının təhlükəsizliyinin qorunmasına və onun açıq saxlanmasına kömək etmələrini istəyir.

“Bizim fikrimizcə, boğaz açıqdır. Sadəcə, ölkəmizə qarşı alçaq təcavüz aktı törədən düşmənlər üçün bağlıdır”, – deyə o, İran Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Trump Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələrin gəmilər göndərərək bölgədə təhlükəsizliyin təmin olunmasına töhfə verməli olduqlarını bildirmişdi. O, bu addımdan faydalana biləcək ölkələr sırasında Cənubi Koreya və Yaponiyanı da qeyd edib.

Seçilən
19
veteninfo.az

1Mənbələr