AZ

Afrika ölkələri vətəndaşlarının Rusiya ordusuna cəlb edilməsindən ehtiyatla yayınırlar

Ukraynadakı müharibə üçün Rusiya ordusuna afrikalıların cəlb edilməsinin miqyası ilə bağlı son xəbərlər Keniya, Qana və Cənubi Afrika kimi ölkələrdə qəzəbə səbəb olub. Lakin, onların hökumətləri Moskvanın qəzəbindən qorxaraq reaksiya verməyə tələsmir və məsələdən ehtiyatla yayınmağa çalışırlar.

Herbiand.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.

“Biz istəyirik ki, Keniya vətəndaşları dayandırılsın - onlar ümumiyyətlə hərbi xidmətə çağırılmamalıdırlar. Zərər çəkmiş bəzi ailələr tərəfindən bizə güclü təzyiq göstərilir, onlar çıxış etmək və problem barədə danışmaq üçün cəsarət toplayırlar”, - Keniyanın xarici işlər naziri Musaliya Mudavadi bildirib.

Mudavadi əlavə edib ki, bu, qarşıdurma deyil: “Biz bu məsələni həll etmək üçün birgə səy göstərməliyik”.

Ukrayna kəşfiyyatının məlumatına görə, təkcə 1000-dən çox Keniya vətəndaşı Rusiya ordusuna cəlb edilib. Fevral ayında Qana tərəfi Ukraynadakı müharibədə 50-dən çox vətəndaşının öldüyünü iddia edib. Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva söyləyib ki, real rəqəm daha yüksək ola bilər.

Reuters hesab edir ki, buna baxmayaraq, əksər Afrika hökumətləri onlarla vətəndaşının Ukraynadakı müharibəyə aldadıldığını görən Cənubi Afrikanın ehtiyatlı mövqeyini qəbul edəcəklər.

Eyni zamanda, Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisi Pyer Piqu əhəmiyyətli siyasi reaksiya yaranana qədər məsələnin Rusiya ilə Afrika ölkələri arasındakı münasibətlərə təsir etməyəcəyinə inandığını deyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
herbiand.az

1Mənbələr