AZ

Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.

Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin oynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək, bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunu bildirib.

Seçilən
16
15
publika.az

10Mənbələr