AZ

Britaniya və NATO ölkələrinin dəstəkdən imtina etməsini unutmayacağıq – Tramp

Bakı. Trend:

ABŞ Böyük Britaniya və digər NATO ölkələrinin ABŞ və İsrailinİrana qarşı əməliyyatını dəstəkləməkdən imtina etməsiniunutmayacaq.

Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, Böyük Britaniyanın Baş naziri KirStarmer Yaxın Şərqə aviadaşıyıcılar göndərməyi təklif edib. LakinABŞ Prezidentinin sözlərinə görə, bunu “müharibə başlamazdan əvvəl”etmək lazım idi.

“Fərq eləmir bizə dəstək olunacaq, ya yox, bir şeyi dəqiq deyəbilərəm və bunu onlara da demişəm: biz bunu yadda saxlayacağıq”,-deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
22
4
az.trend.az

10Mənbələr