AZ

KİV: Avropanın enerji böhranını yumşaltmağa pulu yoxdur

KİV: Avropanın enerji böhranını yumşaltmağa pulu yoxdur

İran ətrafındakı münaqişə səbəbindən neft və qazın bahalaşması Avropa iqtisadiyyatına ciddi zərbə vurur.

AFN.az xəbər verir ki, bu haqda "The Wall Street Journal"ın materialında vurğulanıb. Bildirilib ki, lakin 2022-ci ildən fərqli olaraq, Avropa hökumətlərinin əhalini və biznesi dəstəkləmək üçün maliyyə ehtiyatı qalmayıb.

Fransa və Britaniya kimi ölkələrin dövlət borcu rekord həddədir, kreditlər isə bahalaşır. Enerji qiymətlərinin artması artıq gübrə və yanacaq xərclərini yüksəldib ki, bu da ərzaq inflyasiyasına yol açır. Ekspertlər xəbərdarlıq edir ki, neftin qiyməti 125 dolları keçərsə, Avropa iqtisadiyyatı tənəzzülə girəcək.

Seçilən
33
afn.az

1Mənbələr