AZ

Tehrana hava hücumlarında 12 uşaq həlak olub

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və İsrailin Tehrana hava hücumları nəticəsində 12 uşaq da daxil olmaqla 503 nəfər həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.

Tehran əyalətinin təcili yardım xidməti şöbəsinin müdiri Məhəmməd Esmail Təvəkkolliyə istinadla bildirilir ki, yaralıların sayı 5700 nəfərdir.

Qurbanların əksəriyyəti mülki şəxslərdir. "Təəssüf ki, ölənlər arasında 2 aydan 12 yaşa qədər 12 uşaq da var", - Təvəkkolli əlavə edib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
reyting.az

1Mənbələr