İranın dövlət televiziyası ABS VƏ İsrail ordusunun İrana hücumu zamanı yaralanaların sayını açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, televiziyanın yaydığı məlumata görə, Tehranda baş verən ABŞ və İsrail hücumları nəticəsində indiyə qədər 503 nəfər həyatını itirib, təxminən 5700 nəfər yaralanıb.
Tehran Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd İsmayıl Təvəkkoli bildirib ki, bu hücumlar 28 fevraldan başlayıb və ölənlərin böyük əksəriyyəti adi vətəndaşlardır.
Rəsminin sözlərinə görə, hücumlarda 2 aydan 12 yaşa qədər 12 uşaq da həyatını itirib. Bu statistika hadisələrin insan itkilərinin nə qədər ciddi olduğunu göstərir.
7News.Az