AZ

Rusiyaya işləməyə gedən Astara sakini cəbhəyə göndərilib - Üç aydır itkindir

Rusiyaya işləməyə gedən Astara sakini orada cəbhəyə göndərilib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Maşxan kənd sakini 1991-ci il təvəllüdlü Elvin Həsənov Rusiyaya işləmək məqsədilə getsə də, sonradan müəmmalı şəraitdə həmin ölkənin ordu sıralarına cəlb olunaraq cəbhə xəttinə aparılıb.
 
Yaxınlarının bildirdiyinə görə, o, cəbhəyə aparıldıqdan sonra ilk döyüşlərdən birində itkin düşüb. Artıq üç aydır ki, Elvin Həsənovdan hər hansı məlumat almaq mümkün olmayıb.
 
Ailə üzvləri onunla bağlı müvafiq qurumlara müraciət ediblər.
 
Seçilən
20
5
moderator.az

9Mənbələr