İran atəşkəs üçün heç bir müraciət etməyib.
Redaktor.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçi İranın heç bir halda ABŞ-lə İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib.
O qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək.
“Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”, - nazir vurğulayıb.