Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.
“Biz bu cür xəbərlərə şərh vermirik”, - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Küveyt mediası Müctəba Xameneinin Moskvada Prezident Administrasiyasının xəstəxanalarından birində müalicə alması barədə məlumat yayıb.