AZ

Cari ildə əhalinin ərzaq xərcləri artıb

BAKI, 16 mart. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2%, qeyri-ərzaq malları üzrə 6,5% artıb.

2026-cı ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
4
14
teleqraf.com

10Mənbələr