AZ

Marşalların qeydiyyatı başladı

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsi üçün marşal qeydiyyatına start verilib. Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.Qeyd olunub ki, sentyabrın 24-26-da keçiriləcək yarış Azərbaycanın “Formula-1” təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardı və bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcək.Sürət və adrenalinin zirvəsi hesab olunan “Formula-1” yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilər.Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində keçirilən “Formula-1” mərhələləri və digər avtomobil idmanı yarışlarında iştirak imkanı yaradır.Xatırladaq ki, ötən il Bakı mərhələsinin təhlükəsiz və uğurlu təşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu başqa ölkələrdən qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
icma.az

10Mənbələr