AZ

Bəqayi: İrana qarşı əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilib

Hörmüz boğazı bağlanmayıb.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.

O bildirib ki, İranın ordusu boğazda gediş-gəlişə nəzarət edir.

Bəqayi qeyd edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri koordinasiya şəkildə və İran silahlı qüvvələrinin icazəsi ilə Hörmüz boğazından keçə bilib.

İran XİN sözçüsü nüvə danışıqlarına da toxunub. Onun sözlərinə görə, İran heç vaxt ABŞ-a güvənməyib və müzakirələr etimadsızlıq şəraitində aparılıb.

Bəqayi əlavə edib ki, ABŞ-ın keçmiş danışıqlar təcrübəsini nəzərə alaraq danışıqlar prosesinə daxil olublar:

“Eyni zamanda, Tehran Vaşinqtonun İranın “diplomatiyaya hazır olmayan tərəf” imici yaratmaq üçün planını neytrallaşdırmalı idik.

Bizim başqa çarəmiz yox idi, biz öz xalqımıza, regionun insanlarına və dünya ictimaiyyətinə göstərməli idik ki, bu vəziyyətin yaranmasında günahkar İran deyil. Baş verənlərin günahı tamamilə Amerikanın üzərinə düşür”.

Seçilən
14
50
apa.az

10Mənbələr