İsraik ordusuL Tehranda, Şirazda və Təbrizdə hökumət obyektlərinin hədəfə alındığını açıqlayıb...
Poliqon xəbər verir ki, İsrail Müdafiə Ordusu İranın bir neçə iri şəhərində hökumət obyektlərinə qarşı genişmiqyaslı zərbələrə başladığını bəyan edib.
İsrail ordusunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, əməliyyat çərçivəsində İran paytaxtı Tehranda, həmçinin Şiraz və Təbriz şəhərlərində yerləşən obyektlər hədəfə alınıb.
“İsrail Müdafiə Ordusu hazırda İran rejiminə məxsus obyektlərə qarşı Tehranda, Şirazda və Təbrizdə genişmiqyaslı zərbələr seriyasına başlayıb”, – deyə TSAXAL-ın bəyanatında qeyd olunub.
İsrail tərəfi əməliyyatın detalları barədə geniş məlumat verməsə də, zərbələrin İranın dövlət və hərbi strukturları ilə əlaqəli obyektlərə yönəldiyi bildirilir.
Analitiklər hesab edirlər ki, İranın müxtəlif bölgələrində eyni vaxtda həyata keçirilən zərbələr regionda gərginliyin daha da artdığını göstərir. Ekspertlərin fikrincə, bu cür əməliyyatlar Yaxın Şərqdə qarşıdurmanın genişlənməsi riskini artırır.
Hazırda İran tərəfi hücumlarla bağlı geniş açıqlama verməyib. Yerli mediada bəzi şəhərlərdə partlayış səslərinin eşidildiyi və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi barədə məlumatlar yayılır.
Poliqon.info