AZ

İran Hörmüz boğazını bağlamayıb; gəmilərin keçidinə nəzarət olunur – Bəqai

Bakı. Trend:

Hazırda İran Hörmüz boğazını bağlamayıb və Silahlı Qüvvələrgəmilərin keçidinə nəzarət edir.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsüİsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı ilə əlaqədar yarananməhdudiyyət ABŞ və İsrailin İrana hərbi hava hücumlarınagörədir.

Bəqai bildirib ki, belə bir vəziyyətdə heç bir sahilyanı ölkəhücum edən ölkələrin gəmilərinin özünü gücləndirməsi üçün normalhərəkət etməsinə icazə verməz.

İran rəsmisi deyib ki, ABŞ, İsrail və müttəfiqləri İrana zərbəvurmaq üçün Hörmüz boğazından istifadə etməməlidirlər. İrana qarşıhərbi hava hücumlarının bir hissəsi olmayan ölkələr İran SilahlıQüvvələri ilə koordinasiya edərək Hörmüz boğazından keçəbilərlər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
40
8
az.trend.az

10Mənbələr