AZ

Həftəsonu baş verən avtoqəzalarda 3 piyada ölüb



Həftəsonu bir gün ərzində baş verən yol-nəqliyyat hadisələri zamanı 3 nəfər ölüb.

Bu barədə aia.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sutkanın qaranlıq vaxtı, yaşayış məntəqələrində qeydə alınan bu hadisələr əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik – bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması bu faciələrin səbəblərindən biridir.

aia.az



Seçilən
0
6
aia.az

7Mənbələr