Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ və İsrailin hücumları nəticəsində Tehran əyalətində təcili tibbi infrastruktur ciddi zərər görüb.
Redaktor.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Tehran əyalətinin təcili yardım xidmətinin rəhbəri Məhəmməd İsmail Təvakoli bildirib ki, hücumlar nəticəsində əyalətdə ən azı 22 təcili yardım stansiyası zədələnib.
Onun sözlərinə görə, eyni zamanda 21 təcili yardım avtomobili məhv edilib.
Təvakoli əlavə edib ki, ABŞ və İsrailin Tehran əyalətinə endirdiyi zərbələr nəticəsində bir təcili yardım əməkdaşı həlak olub, 51 nəfər isə yaralanıb.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.