AZ

Mayk Valts: “İranda İraq tipli ssenari baş verməyəcək”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2003-cü ildə İraqda baş verdiyi kimi, genişmiqyaslı müdaxiləyə çevrilməyəcək”

“ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2003-cü ildə İraqda baş verdiyi kimi, genişmiqyaslı müdaxiləyə çevrilməyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts bildirib.

"Əminəm ki, bu, 2003-cü ildəki İraq ssenarisi olmayacaq. Haradasa yüz minlərlə əsgər şəhər ərazilərini işğal etməyəcək və bu, əlbəttə ki, Tehranda baş verməyəcək", - deyə o deyib.

Eyni zamanda, ABŞ-ın daimi nümayəndəsi Pentaqonun zəruri hallarda hədəflənmiş quru əməliyyatı keçirə biləcəyi ehtimalını istisna etməyib: "Əgər Prezident Donald Tramp məqsədyönlü, məhdud bir seçim həyata keçirməyə məcbur olarsa, əminəm ki, Pentaqon ona bu seçimi təqdim edə biləcək".

Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vens Əfqanıstan və İraqdakı kampaniyalardan fərqli olaraq, ABŞ-ın bu dəfə hərbi əməliyyat üçün aydın məqsədləri olduğunu söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
ayna.az

1Mənbələr