Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
Məşhur türk tarixçi, akademik və yazar Professor Dr. İlbər Ortaylı bu gün İstanbulda son mənzilə yola salınır.
Moderator.az xəbər verir ki, 78 yaşında vəfat edən professorla İstanbulun Galatasaray Universiteti kampusunda bu gün vida mərasimi keçirilib. Mərasimə ailə üzvləri, tələbələri, akademiklər və İlbər Ortaylını sevən çox sayda insan qatılıb.
Vida mərasimindən sonra Ortaylının cənazəsi Fatih Məscidinə aparılıb və orada ikindi namazından sonra dəfn olunacaq.
Mərhum tarixçi Fatih Məscidinin məzarlığında dəfn olunacaq. Fatih Məscidi İstanbulda Fatih Sultan Məhməd tərəfindən 1463–1470 illəri arasında inşa etdirilmiş ən önəmli məscidlərdən biridir. Məscid həm dini, həm də tarixi əhəmiyyətə malikdir. Fatih Məscidi Osmanlı dövründən bu yana bir çox önəmli şəxsin dəfn olunduğu məkan olub. Burada Osmanlı sultanları, yüksək rütbəli dövlət xadimləri, alimlər, tarixçilər və sənətkarlar dəfn edilib.
Fatih Sultan Məhməd
Fatih Sultan Məhmədin həyat yoldaşı Gülbahar Xatun
Gazi Osman Paşa
Tarixçilərin qütb ulduzu Halil İnalcık
Kadir Topbaş
Kitabxanalar naziri Ali Emiri Efendi
Məşhur tarixçi Prof. Dr. Semavi Eyice
Türkiyənin dünya səviyyəli tarixçisi Kemal Karpat
Osmanlı iqtisadiyyatı və maliyyə tarixi üzrə alim Mehmet Genç
və başqaları.

Prof. Dr. İlbər Ortaylı, sağlığında “İstanbul’un yaşayan hafızası” dediyi Semavi Eyicenin yanına dəfn olunacaq.
Ailəsi tərəfindən yayımlanan açıqlamada, mərhum üçün çiçək göndərilməməsi xahiş olunub. Əvəzində Türk Təhsil Fonduna (Türk Eğitim Vakfı) ianə etmək məsləhət görülüb.
Zəhra
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.