AZ

İranın hücumları nəticəsində İsraildə son sutkada 142 nəfər yaralanıb

İsraildə son sutkada İranın hücumları nəticəsində 142 nəfər xəstəxanalara yerləşdirilib.

Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların 134 nəfərinin vəziyyəti yaxşıdır.

Ümumilikdə, İranla müharibənin başlamasından- fevralın 28-dən indiyədək İsraildə 3369 nəfər raket və dron hücumlarında xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Nazirliyin məlumatına görə, bu rəqəmə həm hərbi qulluqçular, həm də mülki şəxslər daxildir.

Seçilən
24
7
herbiand.az

8Mənbələr